““Azərbaycan gözəli” seçilən modeli intihar həddinə çatdırdılar” – Modelyer
Hər il olduğu kimi, builki gözəllik müsabiqəsi də çoxlu iradlar doğurub. Milan Babayevanın “Azərbaycan gözəli” seçilən sosial şəbəkələrdə sərt tənqidə məruz qalıb. Az qala hər kəs kosmetik əməliyyatlarla gözəlləşmiş modelin Azərbaycanın ən gözəl qadını ünvanına layiq olmadığını, ondan daha gözəl qızların olduğunu iddia edir.
Modelyer-stilist Murad Vəliyev mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında gözəlliyin hər zaman vahid standartının olduğunu bildirib:
“XXI əsrdə yaşayırıq, içdiyimiz sudan yediyimiz xörəyə qədər hər şeyin standartı var. Eyni zamanda, gözəlliyində standartları var. Boy, çəki, üz quruluşu və s. Bunlardan ən vacibi isə təbiilikdir. Lakin təbiiliyi və sadəliyi seçməyən insanları tənqid etmək doğru deyil.
Milan Babayeva Azərbaycan gözəli seçildikdən sonra çox sərt tənqidlərə məruz qalıb. Çox üzərinə getdilər və bu doğru deyil. Həmin xanım intihar belə edə bilərdi”.
Stilist hər ölkənin müxtəlif gözəllik kriteriyaları olduğunu da vurğulayıb:
“Ümumən hər ölkənin, regionun xüsusi gözəllik meyarları var. Təəssüf ki, hazırda Azərbaycanda gözəllik standartları plastik estetika, silikolu dodaq, yanaq və s. sayılır. Məncə, bu cür meyarların geniş yayıldığı ölkədə gözəllik yarışmasının qalibi də elə bu xanım olmalı idi.
Sonda bir məsələni də qeyd etmək istəyirəm. Həmin yarışmada təbii üz quruluşuna malik xanım qalib olsa idi, “gözəl deyil” deyə yenə də tənqid olunacaqdı”.
1762 dəfə oxundu