Alim Qasımov nəvəsinin toyundan danışdı: “Vallah, hələ ayılmamışam”

Alim Qasımov nəvəsinin toyundan danışdı:

"Nəvə toyunu görmək Allah bizə də nəsib etdi".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, sevilən sənətkar Alim Qasımov nəvəsinin toyundan danışarkən deyib.

Xanəndə Azərbaycan xalqına xoş gün arzulayıb: "Allah bütün subaylarımıza toy sevinci yaşatsın".

Toyda "Azan" oxumusunuz. "Azan"ı özünüz oxudunuz, ya qonaqların arzusu ilə” sualına Alim Qasımovun cavabı belə oldu:

"Vallah xəbərim yoxdur, canım üçün hələ ayılmamışam... Toy oxumaq, oynamaq üçündü..." Qeyd edək ki, yanvarın 30-da Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümidin qız toyu olub. Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1191 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...