"Ramiz Əzizbəylinin səhhəti daha da pisləşib" - XANIMI DANIŞDI

"Ramiz Əzizbəylinin səhhəti daha da pisləşib" -


“Ramiz bəyin səhhəti son vaxtlar daha da pisləşib”. Lent.az-ın məlumatına görə, bu sözləri xalq artisti Ramiz Əzibəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli deyib. O bildirib ki, xalq artisti artıq danışa bilmir: “Ramiz bəy axır vaxtlar daha da zəifləyib. Hərdən danışa bilir, hərdən yox. Hazırda danışa bilmir. Bizim danışdığımızı anlayır, amma evə başqa adamlar danışanda anlaya bilmir. Özünü ifadə etməkdə çətinlik çəkir. Əsəbidir. Danışa bilməyəndə özü-özünü döyməyə başlayır. Özünü döyür ki, niyə belə olmuşam? Müalicəsi uzunmüddətlidir. Hələ bir müddət müalicə olunmalıdır. Arada havaya da çıxardırıq ki, havasını dəyişsin. Allahın köməyi ilə yaxşı olar”.

Qeyd edək ki, R. Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1183 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...