“Əcəb olub, dollar qalxıb” - Ağadadaş Ağayev
“Dolların bahalaşması, manatın məzənnəsinin düşməsi bir vətəndaş olaraq məni sevindirir”.
Bunu Xalq artisti Ağadadaş Ağayev bildirib. Müğənni vurğulayıb ki, əsas məmləkətin, Vətənin , dövlətin büdcəsi bizim üçün çox önəmlidir:
“Çoxları dolların qalxmasına neqativ münasibət bəsləyir. Amma dolların bahalaşması, manatın düşməsi bir vətəndaş olaraq məni sevindirir. Ona görə ki, biz ixracat ölkəsiyik. Bizim ixracatımız daha çoxdur, nəninki istehsalımız. İstehsalla bağlı bizim hələ də problemlərimiz var. Amma bizim əsas ixracatımız neft, qazdır. Neft, qazımızı bütün dünyaya satırıqsa, bu dollar üzərindən satılır düzdümü?! Biz məsələn, bir milyon dollar neft satdıq, qazandığımız bir milyon dollar da olur. Amma biz onu Vətəndə dəyərləndirəndə olur bir milyon altı yüz min manat. Və bu bizim büdcəmizə birbaşa müsbət təsir göstərir. Əsas məmləkətin, Vətənin , dövlətin büdcəsi bizim üçün çox önəmlidir. Əcəb olub, dollar qalxıb”.
Manatın məzənnəsinin aşağı düşməsindən sonra dollarla kredit götürən vətəndaşların ödəmə qabiliyyətinin çətinləşməsi bağlı isə Xalq artistinə sual verdik. Cavabı belə oldu:
“Düzdür, dolların qalxması iləbizlər üçün müəyyən problemlər yarada bilər. Düzdür, banklardan dollarla kredit götürənlər var. Belə problem bəlkə məndə də var. Büdcəm, sənin büdcən, onun büdcəsi bunlar müvəqqəti hallardır. Bunlar hamısı öz yerini tapacaq. Bəlkə də mənim bu sözlərimə irad tutanlarımız çox olacaq. Öz Vətənini, öz millətini, öz dövlətinin pul dəyəri o zaman dəyərə minir ki, o Amerika dollarının, Avropa Evrosunun qarşısında aciz qalmasın. Daxili bazarımızda dəyərini tapsın və büdcəmizin zənginlənməsinə kömək etsin. Mən bunu belə başa düşürəm. Vəssalam, bu mənim subyektiv fikrimdir”.
1392 dəfə oxundu