Bakıda xəstəxanalıq olan boksçudan yeni xəbər

Bakıda xəstəxanalıq olan boksçudan yeni xəbər

Rusiyalı super ağır çəkili (+91 kq) boksçu Qasan Gimbatov cümə günü (26 iyun) qızıl medal uğrunda görüşdə Coe Coysa (GBR) məğlub olduqdan sonra xəstənəxanada tibbi müayinədən keçdikdən sonra çıxarılıb.

ANS PRESS-in məlumatına görə, Gimbatov görüşdən sonra nevroloq tərəfindən yoxlanılması üçün birbaşa xəstəxanaya aparılıb. O, Coysa qarşı keçirdiyi görüşdə dəfələrlə baş nahiyəsindən zərbəyə məruz qalıb.

Xəstənəxanada keçirilən komputer tomoqrafiyası nəticəsində ciddi xəsarət aşkarlanmayıb və o, axşam müayinəsindən sonra şənbə günü səhər saatlarında Atletlər Kəndinə buraxılıb.

Rusiya Federasiyası komandasının mətbuat katibi Konstantin Vibornov (RUS) deyib: "Onun sağlamlıq vəziyyəti yaxşıdır və o, xəstəxanadan çıxarılıb. İdmançı başının müayinə edilməsi üçün bütün prosedurlardan keçib. O, özünü yaxşı hiss edir və Atletlər Kəndinə qaytarılıb. "Gimbatov bu axşam Rusiya Azərkeş Evində təşkil ediləcək mükafatlandırma mərasimində iştirak edəcək", - deyə Konstantin Vibornov bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
180 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...