Ginnesin siyahısına düşən aktyor ada aldı Fotolar

Conni Depp yunan adasına 4,2 milyon avro ödəyib. Yunanıstanda hökm sürən ağır iqtisadi böhran ölkəni turizm ürəyi sayılan adalarından bəzilərini satışa çıxarmağa vadar edib. Adalara ən böyük maraq göstərən isə məşhurlardır. ANS PRESS-in məlumatına görə, dünya şöhrətli aktyor Conni Depp yunan adasına sahib olub. Aktyor Stroqqilo (tərcümədə- dairəvi) adlı adanı satın alıb. Heç kim yaşamayan adanın ümumi sahəsi 0,2 kvadrat kimolmetrdir. Bu kiçik torpaq parçasına isə 4,2 milyon avro ödənilib.
"Karib dənizinin quldurları"nın ulduzunun alqı-satqısı haqqında məlumatı yerli mətbuat Böyük Britaniyadakı daşınmaz əmlak alqı-satqısı agentliyinə istinadən yazıb. Bu şirkət ulduzların tez-tez müraciət etdiyi ünvanlardan biridir.
Aktyorun aldığı ada
Hollivudun ən məşhur cütlüyü Ancelina Coli və Bred Pitt də dəniz sahilindəki mülklərindən birini onların vasitəsilə əldə edib.
Yunan adaları
52 yaşlı Depp aktyorluqdan əlavə, rejissor, musiqiçi, ssenarist və proddüser kimi də fəaliyyət göstərir. O, üç qat "Oskar" nominantdı, "Qızıl Qlobus" mükafatı sahibidir. 2012-ci ildə aktyor ən çox qazanan şəxs kimi Ginnesin rekordlar kitabına düşüb.
341 dəfə oxundu