Donetskdə separatçılara ət aparan elverçilər tutuldu FOTOLAR

Donetskdə  separatçılara ət aparan elverçilər tutuldu


Ukrayna könüllüləri işğal edilmiş Donetsk vilayətinə ət aparan azərbaycanlı alverçiləri yaxalayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə “Pressa Ukrainı” qəzeti yazıb. 9 nəfər azərbaycanlı alverçidən 10 ton ət müsadirə edilib. Ukrayna hakimiyyətinin qaçaqmalçılığa qarşı mübarizəyə cəlb etdiyi könüllülərdən biri Rodion Şovkoviçnıy qeyd edib ki, gecə vaxtı saxlanan azərbaycanlılar 5 maşında ət aparırmışlar. Onların dediyinə görə, əti Donetskdə ət satan azərbaycanlı alverçilərə təhvil verməli imişlər. Könüllüləri saxladıqları azərbaycanlıları vergi xidmətinə təhvil veriblər. Ukrayna Cinayət Məcəlləsinə görə, azərbaycanlı alverçilərə 6 ilə qədər həbs cəzası verilə bilər.

Hər avtomobildə 2 ton ət olub. Məhsulun nə əti olduğu bilinmir. Xatırladaq ki, Ukraynanın Donetsk vilayəti müstəqilliyini elan edib, separatçı ərazi hesab edilir.


Donetskdə  separatçılara ət aparan elverçilər tutuldu
Donetskdə  separatçılara ət aparan elverçilər tutuldu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
308 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...