16 saylı dairədə nə baş verir? 24 saat ərzində 3 namizəd geri çəkildi

16 saylı Yasamal İkinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Kərimov Mehman Xanlar oğlu namizədliyini geri götürüb.
Bu barədə AzVision.az- a 16 saylı Yasamal İkinci Seçki Dairəsindən bildiriblər. Qeyd edək ki, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun "Siyasi Nəzəriyyələr" Şöbəsində kiçik elmi işçi vəzifəsində çalışan Kərimov Mehman Xanlar oğlu bitərəfdir və öz təşəbbüsü ilə namizədliyini irəli sürmüşdü.
Xatırladaq ki, artıq 16 saylı Yasamal İkinci Seçki Dairəsindən namizədliyini geri götürən şəxslərin sayı üçə çatıb.
GUNDEMİNFO.AZ qeyd edir ki, dünən axşam saatlarında REAL Hərəkatından namizədliyi qeydə alınmış Erkin Qədirli, bü gün isə namizdəliyini öz təşəbbüsü ilə irəli sürmüş Vüsalə Dadaşova namizədliyini geri götürüb. YAP-ın bu dairədən deputatlığa namizədi Azərbaycan Neft Şirkətinin şöbə müdiri olan Xıdır İbrahimovdur. Lakin iddialara görə bu dairədən Azərbaycan Milli Elmlər Akademiyasi İnsan Hüquqlari Üzrə Elmi-Tədqiqat Institutunun Direktoru Aytən Mustafayeva daha çox şanslıdır.
1043 dəfə oxundu