Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi

Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi
Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

"Report”un xəbərinə görə, hadisə Abşeron rayonu ərazisində baş verib.

Belə ki, onun idarə etdiyi "Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
261 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...