Hansı icra başçıları kreslosu ilə vidalaşacaq? - SİYAHI

Azərbaycanda yeni bir dövr başlayır. Ölkədə yeni islahatlar, xüsusilə də kənd rayon larında sahibkarlarla münasibətləri müsbət olan məmurlarla bağlı reytinq cədvəli hazırlanır. Regionlardan Bakıya gələn şikayətlərin çoxluğu, onların obyektivliyi, gerçək situatsiyanı ifadə etməsi və bir sıra mühim kriteriyalar üzrə təftiş başlayıb. Yorulmuş, yarıtmaz, sahibkarlara zülm edən və rüşvətxor məmurlar, xüsusilə də icra başçıları cəzalandırılacaq. GUNDEMİNFO.AZ-a bilgi verən mənbə iddia edir ki, mediada illərdir neqativ dosyesi olan icra başçıları, vətəndaşları və sahibkarları incidən məmurlar ən qısa zamanda işləri ilə vidalaşmalı olacaqlar. Qocalmış, yorulmuş və bəlli nazirlərə güvənən icra b aşçıları ən qısa zamanda işdən çıxarılacaq. Dövlət başçısının islahatlarla bağlı iradəsi 2 gün sonra özünü daha da sərt şəkildə göstərəcək.
GUNDEMİNFO.AZ-a daxil olan siyahıda bu icra başçılarının adı var:
- Zərdabın icra başçısı - Lütvəli Babayev
- İmişlinin icra başçısı - Vilyam Hacıyev
- Bərdənin icra başçısı - Vidadi İsayev
- Füzulinin icra başçısı - Alı Alıyev
- Xaçmazın icra başçısı - Şəmsəddin Xanbabayev
- Laçının icra başçısı - Akif Səlimov
- Siyəzənin icra başçısı - Asif Hüseynov
- Daşkəsənin icra başçısı Əhəd Abıyev
Və daha 4 icra başçısı ilə bağlı qərar veriləcək.
Məlumata əsasən bu icra başçıları yerdəyişmə ilə deyil, işlərini itirməklə cəzalandırılacaqlar.
752 dəfə oxundu