Bu kollec direktorunun meyxanaçı ilə nə şərikliyi - TƏHSİLİN GÜNÜ BU...

Bu kollec direktorunun meyxanaçı ilə nə şərikliyi -


Regionlardakı bəzi təhsil müəssisələrində rüşvət səviyyəsi bəzən “boğaza qədər” rüşvətə bulaşan Bakıdakı təhsil müəssisələrini də kölgədə qoyur. Xüsusilə də, bir sıra orta ixtisas məktəblərində və kolleclərdə təhsilin arzuolunan səviyyədə olmaması, təhsildən yayınmaq üçün “bol imkanlar” yaradılması barədə dəfələrlə yazılıbb. Bu dəfə bir qrup valideyn adından cumhuriyyet.az-ın elektron ünvanına göndərilən məktubda Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidovun əməllərindən söz açılır.

Məktubda vurğulanır ki, R.Həmidov rüşvət mexanizmini tələbələri kəsirdə saxlamaq yolu ilə idarə edir: “Onun əlaltıları olan musiqi şöbəsindən Gunay İsgəndərova ,Xuraman Ələkbərova və muavin Aysel Mehdiyeva kəsr imtahanlarını 50 manata yazdırırlar. Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidovun bugünkü fəaliyyətində korrupsiya faktları vardır.LDHK-da rüşvətxorlüq,özbaşınalıq və qanünsuzluqlar həddini aşib. Ruslan Həmidov bu təhsil ocağını bazara,kimlərinsə gəlir mənbəyinə cevirmişdir. Kollecdə bufet anti-sanitariya qaydasindadir. Ruslan bufeti vergilərdən gizlədir və hər ay bufetdə Aga adli şəxsdən 300 manat haqq alır.Bufet heç yerdə qeydiyyatda deyildir.Kollecin budcəsi təyinatı üzrə düzgun bölünmür.Vəsaitlər kiminsə cibinə xidmət edir.Bu yaxınlarda bir gunə sildiyi 12.000 manat dəftərxana ləvazimatından hec kim faydalanmayıb. Ruslan kollecin musiqi şöbəsinin müdiri Fikrətlə birləşərək 86 min manat pulu guya “şöbənin təmirinə sərf edib” və işə götürdüyü qohumu meyxanaçı Natiqin əli ilə xərcləyib. O hal –hazırda Rusiyadadır”, – deyə məlumatda vurğulanır. Həmçinin cumhuriyyet.az-a verilən məlumatda qeyd olunur ki, tələbələrin təqaüdləri, müəllimlərin maaşları düzgün hesablanmır.

“Kollecin İngilis dili müəllimi Aysel Mehdiyevanı heç bir rəhbərlik təcrübəsi olmadan kollecə birbaşa tədris hissə müdiri vəzifəsinə təyin etmişdir. Səbəbi aydındır ttA.Mehdiyeva R.Həmidovla əlbir olaraq kollecə bərpa olunan tələbələrin qeydiyyatını aparmaqdan ötrü rüşvət yığaraq vasitəçilik edir.Tələbələrə diplomlari 100 manat alaraq verir. Kollecin qiyabi şöbə müdiri Xuraman Ələkbərova bir tələbədən semester imtahanı üçün 150-200 manat, kurs işi üçün 30 manat, yoxlama yazı işi üçün 20 manat, son kurs tələbələrin dövlət imtahanları üçün 300-400 manat pul yığır. Xuraman xusüsi dəftərdə pul aldıqlarinın siyahisi yazılır və sumkasında saxlayır. Kollecin musiqi şöbə müdiri Fikrət Kərimli semester imtahanı üçün bir tələbədən 150-200, son kurs tələbələrin dövlət imtahanı üçün 250-300 manat pul yığır. Ona köməyi Gunay İsgəndərova adlı müəllimə edir. Musiqi şöbəsində dərslər tədris planlarına uyğun bölünməyib”.

Şikayətçinin sözlərinə görə, kollecin Pedaqoji təcrübə rəhbəri diplomqabağı pedaqoji təcrübədə iştirak edən tələbələrin qiymətlərini şişirdilib yazılmasına 100 manat, təcrübədən yayınmaqdan ötrü isə 200 manat rüşvət yığır. “Pedaqoji təcrubənin saatları səhv verilmiş,tədris planına üyğun verilməyib. Kollecin bədən tərbiyə müəllimi Salayev Fəriz və baş laborant komissiya üzvi təyin edərək kəsr imtahanından hər tələbədən 1 kəsrə görə 50 manatdan rüşvət alırlar”.

Qeyd olunur ki, icazələr də pulladır: “1 günə 10 manat,6 guna 40 manat,15 günə 100 manat, 1 aya 200 manata icazə verilir. Aylarla dərsə gəlməyib Bakıda və Rusiyada yaşayanlar var ki, onlar aya 300 manat pul verirlər Hələ bilmədiyimiz çox şeylər əmr kitablarında var. Kollecdəki qanunsuz tələbə köçürmələri, tələbə qəbulları,maliyyə vəsaitlərin mənimsənilməsi,tələbələrə qarşı huquqa zidd hərəkətlər,kadrlarin qeyri-şəffaf yerləşdirilməsi,kollecə rəhbərlik və nəzarətdə ciddi nöqsanlar,dərsə dəvamiyyətin zəif olmasi,bəzi fənnlərin ümümiyyətlə tədris olunmaması, qiyabi şöbədə dərslərin dərs cədvəlinə uyğun tədris edilməməsi və yüklərin düzgün bölüşdürülməməsı, eləcə də müxtəlif maxinasiyalar araşdırılıb ictimaiyyətə açıqlanmalıdır”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
498 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...