Heydər Babayevin daha bir “Çudo Peçka”sı bağlandı - FOTOLAR

Heydər Babayevin daha bir “Çudo Peçka”sı bağlandı -


Devalvasiyadan sonra ölkədə yaranan iqtisadi böhran sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin də biznesinə təsir edib. Bir müddət əvvəl də sabiq nazirin biznes şəbəkəsinə daxil olan “Çudo Peçka” MMC-yə məxsus kafe-mağazalardan birinin bağlanması və digərlərində isə ixtisarların olması haqda xəbər vermişdik.

Sabiq nazirin “Çudo Peçka”larından daha biri bağlanıb. Musavat.com xəbər verir ki, sabiq nazirin Nərimanov rayonunda Təbriz küçəsində yerləşən kafe-mağazası bağlanıb. Bu kafe-mağaza bir neçə ay əvvəl istifadəyə verilmişdi.


MMC-nin Azərbaycan prospektində yerləşən kafe-mağazası isə ötən ayın əvvəlində bağlanmışdı. Əldə etdiyimiz məlumata görə, MMC-yə məxsus digər kafe-mağazalarda xeyli sayda ixtisarlar olub. MMC-nin kafe-mağazaları ilə yanaşı baş ofisində də ixtisarlar aparılıb.

Bu şəbəkənin “İnşaatçılar”, “İçərişəhər”, “Sahil”, “28 May”, “Nəriman Nərimanov”da iki, “Qara Qarayev”, “Əhmədli”, “Elmlər Akademiyası” və “Neftçilər” metrostansiyalarının çıxışlarında da kafe-mağazaları var.

Qeyd edək ki, “Çudo Peçka” şəbəkəsi 2000-ci ilin əvvəllərində iş adamı Çingiz Cəlilov tərəfindən qurulub. İlk fəaliyyətə başladığı vaxtlarda böyük müştəri axını görən “Çudo Peçka” şəbəkəsi sonradan müştəri itirməyə başlayıb. Ç.Cəlilov şəbəkəni qurmaq üçün “Bank Standart”dan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilməyib, şəbəkəsinin məntəqələrində tez-tez yoxlamalar aparılıb, cərimələr tətbiq edilib.

Ç.Cəlilov kredit borcunu qaytara bilmədiyi üçün MMC-yə daxil olan şəbəkələr “Bank Standart”ın girovluğunda qalıb. “Bank Standart” Heydər Babayev iqtisadi inkişaf naziri olduğu zamanlarda onun biznes şəbəkəsinə daxil idi.

Xatırladaq ki, Heydər Babayev 1999-cu ildə Heydər Əliyev tərəfindən Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. 2005-ci il oktyabrın 19-da Heydər Babayev prezident İlham Əliyev tərəfindən iqtisadi inkişaf naziri postuna təyin olundu. 2008-ci ildə isə bu postdan uzaqlaşdırıldı.


Heydər Babayevin daha bir “Çudo Peçka”sı bağlandı -
Heydər Babayevin daha bir “Çudo Peçka”sı bağlandı -
Heydər Babayevin daha bir “Çudo Peçka”sı bağlandı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
497 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...