Hacıqabul İcra Hakimiyyətində utanverici olay - işçilər arasında əlbəyaxa dava və ...

Hacıqabul İcra Hakimiyyətində utanverici olay -

Hacıqabul Rayon İcra Hakimiyyətinin (RİH) vəzifəli şəxsləri arasında dava düşüb. Gundeminfo.az “Report”a istinadən xəbər verir ki, RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbad Həşimov Şirvan şəhər polis şöbəsinə müraciət edərək bildirib ki, Şirvan şəhərinin ərazisində olan zaman icra hakimiyyətində mühasib işləyən iş yoldaşı Rəşad adlı şəxslə mübahisə edib. İ.Həşimov ərizəsində qeyd edib ki, mübahisə zamanı həmin şəxs ona fiziki güc tətbiq edərək ünvanına təhqiredici və alçaldıcı ifadələr işlədib. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...