3 məmur Qudrət Qurbanovdan niyə narazıdır? - BİZİM ARAŞDIRMA

3 məmur Qudrət Qurbanovdan niyə narazıdır? -


Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ölkə başçısının 6 fevral 2006-cı il tarixli 1271 nömrəli sərəncamına əsasən yaradılıb. Dövlət Dəniz Administrasiyası yaradıldıqdan sonra bütün dəniz dövlətlərində olduğu kimi, Azərbaycan prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli fərmanı ilə təsdiq edilmiş "Əsasnamə"yə müvafiq olaraq, Administrasiya Azərbaycan ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərməkdədir.

Hal-hazırda Azərbaycanın dövlət bayrağı altında üzən 826 gəmi var. Bu faktları təsadüfən qeyd etmədik. Dövlət Dəniz Adminstrasiyası əslində Xəzər dənizində yükdaşımaları, həmçinin mühim strateji daşınmalarla bağlı da bir sıra mühim səlahiyyətlərə malikdir.

Dövlət başçısının 9 fevral 2015-ci il tarixli sərəncamı ilə Cəvid Qurbanov «Azərbaycan Dəmir Yolları»" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib. Müvafiq olaraq bir sıra islahatlar aparıb. Lakin bəzi iri layihələrdə, xüsusilə də dəmiryolları ilə daşınan yüklərin dəniz limanlarına çatması və qəbuli ilə bağlı problemlərlə üzləşildiyi deyilir. Gundeminfo.az-a daxil olan informasiyaya əsasən Dəniz Limanlarında yüklərin dəmiryollarına transfer mərhələsində ciddi çətinliklər yaşanır. Bu isə ölkənin nəqliyyat sektorunda yükdaşımaların ləngiməsinə nəzərdə tutulan dövlət gəlirlərinin azalmasına səbəb olur.

Məlumatlarda qeyd edilir ki, Qüdrət Qurbanovun nəzarətində olan Xəzər dənizindəki bir sıra iri rütbəli məmurlar bu prossesdə ləng işləyir və bilərəkdən problemlər yaradırlar. İnformasiyalarda deyilir ki, məlum MTN olaylarından sonra Dövlət Dəniz Adminstrasiyasında da bir sıra təftişlər aparılıb. Lakin hələlik bəlli olmayan müəmmalı səbəblərdən bu təftişlərlə bağlı açıqlamalar yoxdur.

Gundeminfo.az-a bilgi verən mənbə iddia edir ki, Qüdrət Qurbanov MTN sorğulanmalarından kənarda qalmaq üçün Adminstrasiyada kiçik məmurları qurban verməklə prossesdən kənarda qalmağı bacarıb. Sıradan bir məntiqlə ölkənin təhlükəsizliyinə cavabdeh olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bəlli çetesinin Dəniz Adminstrasiyasına bulaşmaması mümkünsüz görünür. Elə mənbəmiz də iddia edir ki, 2006-cı ili naprel ayının 21-dən bu günə qədər Dövlət Dəniz Adminstrasiyasında rəis işləyən Qüdrət Qurbanovun Eldar Mahmudovun bandası tərəfindən təzyiqlərə məruz qalmadığğını iddia etmək çox çətindir. Və gözlənilən odur ki, artıq Q.Qurbanovla bağlı ən qısa zamanda qərar qəbul olunacaq.

Mənbəmizin sözlərinə görə, dövlət başçısının sərəncamı ilə 2015-ci ilin mart ayının 18-də yaradılmış Bakı Beynəlxalq Ticarət Limanının işinin ağsaması ilə bağlı da Qüdrət Qurbanovun adamlarının səbəbkar olduğu deyilir. Hətta yükdaşıyan gəmilərin liman üzərinə yaxınlaşması üçün bəzən naviqasiya, yanacaq, yedək dəstəyi istənilsə də, ADDA-dan müsbət cavablar verilmir. Bu barədə daha detallı olaraq araşdırmalarımızın davamı olacaq. Mövzu ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
884 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...