MSK MnSK-ların əmək haqqını niyə vermir? KÜTLƏVİ NARAZILIQ

MSK MnSK-ların əmək haqqını niyə vermir?


Yanvar ayının 1-dən 20-ə qədər Mərkəzi Seçki Komissiyası seçicilərin siyahıyalma proseddurlarını həyata keçirməklə Məntəqə Seçki Komissiyalarının üzvlərinin ştat vahidi üzrə əmək haqlarını vermir.

GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən MnSK-larda çalışan vətəndaşların əmək haqları verilmir və fevral ayının 1-dən 30-dək olan dövrdə Dairə Seçki Komissiyasında çalışan işçilərin əmək haqları artıq bayram tətilindən öncə onların hesabına köçürülüb. GUNDEMİNFO.AZ-a müraciət edən MnSK üzvləri deyirlər ki, DSK üzvləri əmək haqlarını alsalar da, ondan öncə məntəqələrdə işləyənlərin əmək haqları verilmir.

Bununla bağlı olaraq müvafiq DSK-lara müraciət edən MnSK üzvləri deyir ki, onlara heç bir informasiya verilmir. Və bildirilir ki, onların əmək haqlarının hesablarına köçürülümməməsinin səbəbi Maliyyə Nazirliyidir. Bu mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...