“İdeal-İ-İnşaat”ın payçıları aksiya keçirməyə hazırlaşır - NARAZILIQ VAR...

“İdeal-İ-İnşaat”ın payçıları aksiya keçirməyə hazırlaşır -


“İdeal-İ-İnşaat” MMC-dən narazı payçılar etiraz aksiyasına başlayacaq. Bu barədə “Balansinfo.az”a şikayətçi sakinlərin özləri təkrarən məlumat verib. Qeyd edək ki, sakinlərin şikayəti “İdeal-İ-İnşaat” MMC-nin direktoru İsa Məmmədovun 10 ildir payçıları aldatmasıdır. Hansı ki, onlar aldıqları məmzillərin pulunu tam ödəsələr də mənzillərinə köçə bilmirlər. Hətta indi məlum olur ki, MMC sədri bir mənzilin bir neçə nəfərə satılması ilə bağlıdır.

“Binanın tikintisini 10 ildir gözləməyimiz bir yana, mənzil aldığımız binada bir neçə mənzildə təkrar satış aşkarlanıb. Lakin şikayət etsək də prokurorluq bu faktı araşdırmır. Hətta bizim işimizə baxan prokuror binanı satlb-talayan İsa Məmmədovun barəsində araşdırmalar aparmır... Odur ki, bununla bağlı Baş Prokuror Zakir Qaralova xüsusi müraciət hazırlanıb. Müraciətdə bildirmişik ki, İsa məmmədov bizim pullarımıza Türkiyədə özünə mülklər alıb, yatırımlar edib, indi də ölkəni tərk etməyə hazırlaşır...”

“İsa Məmmədob əvvəllər saxta pul kəsməyə və digər əməllərinə görə
istintaqa cəlb olunub, həbs edilib...”

Bu barədə İsa Məmmədovdan şikayətçi olan və “Təzadlar”a müraciət edən bir qrup Bakı şəhər sakinləri bildiriblər. Redaksiyamızda olarkən onların təqdim etdikləri sənədləri gözdən keçirdik... Məlum olur ki, vətəndaşlar adı çəkilən MMC-dən mənzil aldıqları halda, on ilə yaxındır mülklərinə sahib çıxa bilmirlər... “İdeal-İ-İnşaat” MMC-nin direktoru İsa Məmmədovun qanunsuz əməlləri ilə bağlı onların Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova ünvanlı şikayət ərizəsi bizə təqdim edildi... Bu şikayətlərdən məlum olur ki, İsa Məmmədovun keçmişində də kriminal çalarlar olmuşdur. Oxşar əməli indi də təkrarlayan İsa Məmmədovdan MTN-ə edilmiş şikayət isə bu yaxınlarda araşdırılmışdır, amma...

Şikayətçilərin müraciətlərində deyilir:
Azərbaycan Prezidenti cənab İlham Əliyevə!
Azərbaycan Respublikasının Baş Prokuroru
Cənab Zakir Qaralova!
Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik Nazirliyinə!
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə!

Surəti: “Təzadlar” qəzeti redaksiyasına!

Bakı şəhəri, Xocalı prospekti k. 29 ünvanında (keçmiş Şüşə zavodunun yerləşdiyi ərazidə) yerləşən yaşayış binasının bir qrup mənzil mükiyyətçiləri tərəfindən şikayət: Biz aşağıda imza edən bir qrup Azərbaycan Respublikasının vətəndaşları, Bakı şəhəri, Xocalı prospekti k.29 ünvanında (keçmiş Şüşə zavodunun yerləşdiyi ərazidə) “İdeal-İ İnşaat” MMC-nin tikdiyi yaşayış binasından mənzil almaq üçün bundan təqribən 10 il əvvəl bu MMC ilə müqavilə bağlamışıq və mənzil tikintisinə görə bu MMC-yə mənzilimizin dəyərinı tam ödəmişik. Lakin “İdeal-İ İnşaat” MMC-nin təsisçisi və əvvəlki direktoru Məmmədov İsa Əli oğlu artıq 8 ilə yaxındır ki, bizim binamızı tikib bizə təhvil vermir. Dəfələrlə mənzilimizin nə zaman bizə təhvil verilməsi ilə əlaqədar İsa Məmmədovla əlaqə saxlamaq istəmişik. Məlum olmuşdur ki, İsa Məmmədov məsuliyyətdən yayınmaq üçün formal olaraq “direktorluqdan çıxaraq” özünün “İdeal-İ İnşaat” MMC-sinə yaxın qohumu Məmmədov Çingiz Əkbər oğlunu “direktor” təyin etmişdir. Bu qohumlar isə birləşərək, bizim mənzil tikintisinə görə onlara verdiklərimiz pulları öz keflərinə xərcləyirlər, yaşayış binasını isə heç vaxt tikib qurtarmaq niyyətində deyillər.

Bizə verilən məlumata görə keçmiş Şüşə zavodunun olduğu bu ərazidə tikilən binalarımızın yerləşdiyi torpaq sahəsi “Baku Qrup” adlı MMC-yə məxsusdur, lakin binaların tikintisi isə, “Baku Qrup”la bağlanmış podrat müqaviləsi əsasında İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si tərəfindən tikilir və bizim mənzil tikintisinə dair müqavilələrimiz də həmin bu “İdeal-İ İnşaat” MMC ilə bağlanmışdır.

Mənzillərimizin pullarını da biz bu MMC-yə vermişik. “İdeal-İ İnşaat” MMC-nin müdriyyəti isə hər dəfə bizə yalançı vədlər verərək binaları tikib qurtarmır. Bizə verilən məlumatlara görə böyük ehtimal var ki, İsa Məmədov və onun qohumları bizim mənzillərimizi bir neçə dəfə digər vətəndaşlara da sataraq onlardan aldıqları pulları da öz şəxsi keflərinə və uşaqlarının adlarına obyektlər almağa xərcləmişlər.

Hazırkı şikayət məktubumuzla biz, halal zəhmətlə qazandığı pulları İsa Məmədov və onun qohumları tərəfindən dələduzluq yolu ilə aldadılaraq əlindən alınmış vətəndaşlar, “Təzadlar” qəzeti vasitəsilə xahiş edirik ki, bu məsələni araşdırmaqda bizə köməklik göstərilsin. İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si barədə bu binalardan mənzillər almış və bununla da bizim kimi aldadılmış digər vətəndaşları da qəzetdə bu haqda yazılar dərc etməklə ayıltmaq lazımdır. Çünki sonra gec olacaq.
Məktubumuzun surətlərinin ünvanlandığı digər hüqüq mühafizə orqanlarından isə xahiş edirik ki, bizi aldadaraq pullarımızı mənimsəyən İsa Məmmədov, onun qohumları və “İdeal-İ İnşaat” MMC-nin digər məsul işçiləri barədəsində lazımi tədbirlər görərək onların cəzalandırılması üçün zəruri addımlar atılsın.

Hörmətlə,

Şikayətçılər:

Hüseynova Ülviyyə, Abdullayeva Gülarə, Şirəliyeva Firəngiz, Uğurluyev Salman, Rəhimova Aygün, Mirzəzadə Dilşad, Həsənov Rüstəm, Novruzova Sədəf və başqaları”.
Məsələ ilə bağlı araşdırmamız davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...