Müşviq Rəhimov çimərlik biznesini genişləndirir - FOTOLAR

 Müşviq Rəhimov çimərlik biznesini genişləndirir -


Dövlət Yol Polisinin İmtahan-qeydiyyat şöbəsinin rəisi dəniz qırağında daha istirahət kompleksi tikdirir.

Ötən həftə Dövlət Yol Polisinin İmtahan-Qeydiyyat şöbəsinin rəisi Müşfiq Rəhimovun təkər biznesi ilə bağlı oxucularımıza ətraflı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, Müşfiq Rəhmov Dövlət Gömrük Komitəsindəki havadarlarının sayəsində ölkəyə rahat şəkildə təkər gətirmklə böyük məbləğdə qazanc əldə edir. AzFakt.com-a Lənkəran rayonundan daxil olan yeni bir məlumata görə Müşfiq Rəhimov qarşıdakı yay ayına hazırlığa başlayıb. Belə ki, Lənkəran rayon Aşağı Nüvədi qəsəbəsinin Xəzər dənizinə birləşən hissəsində Müşfiq Rəhimova məxsus "Xəzər Plase" otelinin ətrafı genişləndirilir. Dövlət Yol Polisinin İmtahan-Qeydiyyat şöbəsinin rəisi sərvətini artırmaq və otelçilik, çimərlik biznesini genişləndirmək üçün artıq indidən xərc çəkməyə başladığı iddia olunur. Məlumatda qeyd olunur ki, Müşfiq Rəhimov "Xəzər" Plase" otelinin ətrafında tikinti işləri aparır. Yeni ərazidə isə əyləncə, restoran və çimərlik kompleksi inşa edilir. Şöbə rəisinin dəniz kənarında aldığı toraq sahəsi üçün 100 min manata yaxın xərc çəkdiyi iddia edilir. Məlumatda qeyd olunur ki, Lənkəranda camaat arasında yayılan söz söhbətə görə Müşfiq Rəhfimov əyləncə kompleksini BDYPİ-nin rəisi general mayor Ramiz Zeynalovla şərikli tikdirir.

Bildirək ki, bir ilə yaxındır Müşviq Rəhimov Lənkəran ərazisində «Xəzər Palase» adlı ilk hotel-restoran tikdirib. BDYPİ-nin şöbə rəisinin bu qədər imkana sahib olması isə gizli məsələ deyil. Çünki ölkə üzrə bütün dövlət nömrə nişanlarının satışı məhz Müşfiq Rəhimovun əlindən gəlib keçir. Müşfiq Rəhimov rəhbərlik etdiyi şöbədə əsasən dövlət nömrə nişanlarının satışı ilə məşğul olur. Dövlət rüsumu 18 - 25 manat olan bəzi nömrələr var ki, onların qiyməti şöbə rəisinin yanında 10 - 25 min manata satılır. Şöbə rəisinin özünün nömrə biznesindən il ərzində 1 (bir) milyon manata yaxın qazanc əldə etməsi ilə bağlı mətbuatda dəfələrlə silsiləli yazılar dərc olunub. Qeyd edək ki, Dövlət Yol Polisinin İmtahan-Qeydiyyat şöbəsinin rəisi Müşfiq Rəhimovun nömrə biznesi ilə bağlı saytımız böyük bir araşdırma aparır və yaxın günlərdə oxucularımıza təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.


 Müşviq Rəhimov çimərlik biznesini genişləndirir -
 Müşviq Rəhimov çimərlik biznesini genişləndirir -
 Müşviq Rəhimov çimərlik biznesini genişləndirir -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
200 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...