Qardaşına görə icra başçısı da sorğu-sual edilib? Məhkəmədə Şirvanın icra başçısının da adı keçirmi?

Qardaşına görə icra başçısı da sorğu-sual edilib?

Uzun zamandır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə zərərçəkmiş Əlikram Camalov ifadə verib. Ə.Camalov deyib ki, S.Nəbiyevi 2 ilə yaxındır tanıyır:
"Bizim yaxınlığımızda elektrik avadanlıqları mağazası var idi, Samir də oranın sahibi idi. Mən də ordan məhsul alırdım. 2015-ci ilin noyabr ayında Samirdən təklif gəldi ki, 20 min manat pul var, 10 min çatmır. Nəsə alacaqdılar. Şərt belə oldu ki, işin axırında pulu qaytaracaq. Mən pulu sadəcə kömək üçün verdim, orada hər hansı qazancım olmayacaqdı. Sonradan gəlib əlavə pul istədi, 2500 dollar da verdim, bu pulu əvəzsiz vermişəm. Samir dedi qazancdan hər ay 2 min manat mənə verəcək, mən istəmədim.

Bir ay sonra iş yoldaşı Arzu Mərdanovla gəlib dedi ki, pulu dövriyyəyə buraxıblar. Əlində də biraz pul gətirmişdi, oğluma 1200-1500 manat pul vermişdi. Mən dedim mənə faiz lazım deyil, öz pulumu qaytar. Bir neçə ay keçdi, qaytarmadı. Mən də bunu polisə verdim ki, qorxsun, gətirib pulu qaytarsın. Hazırda mənə 21 mindəm çox borcu var. Pulu da dollarla alıb, dollarla qaytarsın. İmkanı yoxdusa, pulun yarısını ödəsin, iddiamı geri çəkim".

Zərərçəkənin verdiyi pulu "borc" adlandırması prosesdə gərginlik yaradıb. Təqsirləndirilən Samir Nəbiyev deyib ki, Ə.Camalovla arasında borc müqaviləsi olub: "Mən mağazada işləyirdim, Əlikram müəllim də oradan alver edirdi. Mənə əl tutdu, köməklik elədi. İki dəfəyə 21 min verdi, 5 min manat və 1500 dollar qaytarmışam".

Şahid Əkbər Camalov deyib ki, S.Nəbiyev atası Əlikramdan pul alıb qaytarmayıb: "Sonra da pulun qaytarılması üçün müqavilə imzaladıq". Qeyd edək ki, zərərçəkmiş Əlikram Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı, "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.

GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə Şirvanın icra başçısı olan Mərdan Camalovun da adı qardaşı ilə bağlı çəkilə bilər. Hələlik Mərdanov qardaşları nazir olan Yavər Camalovun adını prorssesdən kənarda saxlaya biliblər. Lakin Şirvan şəhərində Mərdanov qardaşlarının ticari əlaqələrinin, həmçinin də sahibkarlarla bağlı münasibətləri qardaşlarının adına rəsmiləşdirilib və ya rəsmiləşdirilmədən kənarda saxlanılıb. Mərdanov qardaşları Şirvan şəhərində bir sıra sahibkarlıq, o cümlədən də obyektlərin idaə edilməsi prosseslərini də məhz indi məhkəmə qarşısına çıxarılmış qardaşlarının əli ilə idarə ediblər.

Saytımıza məlumat verən mənbə iddia edir ki, əslində Çərdanov qardaşlarının bu məhkəmə prossesi ilə bağlı icitmailəşmənin əleyhinədirlər. Məhz bu səbəbdən də prossesin qapalı keçirilməsini bir neçə dəfə vəsasətələ tələb ediblər. Lakin məhkəmə bu vəsatəti rədd edib. Gundeminfo.az olaraq Mərdanov qardaşlarının məhkəmə prossesi ilə bağlı ətraflı məlumat verəcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
463 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...