Nazir: "Ali məktəb proqramları əsaslı dəyişikliklərə məruz qalmalıdır"

Nazir: "Ali məktəb proqramları əsaslı dəyişikliklərə məruz qalmalıdır"
Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrində məzmunla bağlı dəyişiklik edilib-edilməyəcəyi məsələsinə münasibət bildirib.

APA-nın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, ali təhsil müəssisələrində məzmunla bağlı daim dəyişikliklər olur, proqramları yenilənir, təkmilləşir.

"Təbii ki, dövr dəyişdikcə həm yeni ixtisaslar, həm də proqramlar yaranır, mövcud ixtisasların proqramları təkmilləşir. Bu dəyişikliklərin olması da labüddür", - nazir bildirib.

O qeyd edib ki, bəzi proqramlar həqiqətən də əsaslı dəyişikliklərə məruz qalmalıdır: "Bu da mütəxəssislərin işidir. Təhsil Nazirliyi olaraq ekspert komissiyalarının rəyi əsasında proqramları təsdiq edirik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
590 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...