Təbrizdə KİTAB SOYQIRIMI – Dekabrın 17-də türk dilində olan bütün kitablar məhv edildi

Təbrizdə KİTAB SOYQIRIMI –
1946-cı ilin 12 dekabrında Şah Pəhləvi qoşunları azərbaycanlıların yaşadıqları yerlərdən Zəngan, Təbriz, Urmiyə, Ərdəbil şəhərlərinə hücum edərək soyqırımı törədir. Daha sonra dekabrın 17-də Təbriz şəhərində Azərbaycan dilində kitabların məhv edilir.

İri bir tonqal qalanaraq bütün türk dilində olan kitablar bu atəşə atılaraq külə dönür. Həmin tarixdə Pəhləvi rejimi bütün türk dilli nəşrlərə qarşı soyqırımı həyata keçirir.

Minlərlə türk dilində olan kitablar xalqın gözü qarşısında yandırılır. O zamanlar türk dilində təhsil verən məktəblər var idi. Lakin şah Pəhləvi höküməti azərbaycanlıların birləşməsindən çəkinərək onlara qarşı soyqırım həyata keçirdi. Bu hadisələrdən sonra dərhal məktəblərdən türk dili yığışdırıldı və kitablar məhv edildi.

Kitabların soyqırımında iştirak edən hadisə şahidləri olayı belə təsvir edirlər.

“İnsanları məktəbin həyətinə yığdılar. Ucaboy bir zabit, bir də müəllimlər. Həyətdə iri bir tonqal qurdular. Bütün uşaqlara dedilər, gedin evinizdə türkcə kitab nə varsa gətirin burada yandıraq. Bütün uşaqlar evlərinə gedərək türk dilində olan kitabları gətirdi. Özümün, qardaşımın və bacımın kitablarını gətirdik. Kitabları sevinclə bir-bir atırdıq alovların içinə. Bunun mənasını başa düşmürdük ki, bir növ ilaxır çərşənbəsi tonqalı kimi görürdük. Bizi bu işi görməyə təşviq edirdilər. Bu mərasim bir-iki saat sürdü. Bu hadisə hər yerdə baş verdi”.

Qeyd edək ki, xüsusilə dekabrın 12-də (26 azər) Güney Azərbaycanın bir çox bölgələrində hökumət qoşunları və onların yerli əlaltıları bir illik Milli Hökumət dövründə çap olunan Azərbaycan türkcəsində kitabları toplayaraq yandırıblar.

Hazırda isə Cənubi Azərbaycanda yaşayan soydaşlarımız hər ilin bu gün 17 dekabrında kitab aksiyası keçirirlər. Həmin gün şagirdlərə türk dilində kitablar paylanılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
705 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...