Azərbaycanda “Omikron” ştammına yoluxma faktı aşkarlanmayıb

Azərbaycanda “Omikron” ştammına yoluxma faktı aşkarlanmayıb

Azərbaycanda koronavirus infeksiyasının yeni “Omikron” ştammına yoluxma ilə bağlı fakt aşkarlanmayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalar davam edir:

“Azərbaycana xaricdən daxil olan, həmçinin ölkə ərazisində klaster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb. Yeni ştamm aşkar olunacağı təqdirdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “Omikron” ştammı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştamma yoluxma halları qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
586 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...