Bakıda məşhur restoran yanıb, 3 nəfər tüstüdən zəhərlənib

Bakıda məşhur restoran yanıb, 3 nəfər tüstüdən zəhərlənib

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda restoranda baş verən yanğınla bağlı daha bir məlumat yayıb.

FHN-dən Gundeminfo.az-a daxil olan məlumatda deyilir:

"Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan (hər mərtəbəsi 240 m²) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
396 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...