Bakıda vaksin olunan təhsil işçilərinin sayı açıqlanıb

Bakıda vaksin olunan təhsil işçilərinin sayı açıqlanıb

Bakıda koronavirus əleyhinə vaksin olunan təhsil işçilərinin sayı açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, paytaxtda təhsil işçilərinin 33 968 nəfəri vaksinasiya prosesinə qoşulub.

Qeyd olunub ki, bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir: "Onlardan 8 820 nəfəri artıq 3-cü doza peyvənd olunub. Hazırda Bakı şəhərində yerləşən 2 ümumi təhsil məktəbində (278, 316) peyvənd məntəqəsi fəaliyyət göstərir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
476 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...