Britaniya Rusiya və İrana qarşı sanksiyaları genişləndirdi

Britaniya Rusiya və İrana qarşı sanksiyaları genişləndirdi

size=3]Britaniya Rusiya və İrana qarşı sanksiyaları genişləndirib. Sanksiya siyahısına Rusiya təhlükəsizlik rəsmiləri və İran nümayəndələri daxil ediliblər.

Britaniya hökuməti bununla bağlı bəyanat yayıb.

Bildirilir ki, Rusiya Federasiyasının 90-cı tank diviziyasının komandiri, polkovnik Ramil İbatullinə qarşı sanksiyalar tətbiq edilib. Həmçinin sanksiya siyahısına Rusiya FTX-nin Krım üzrə zabiti Andrey Tişenin və Krım üzrə baş əməliyyatçı Artur Şambazov da əlavə edilib. 2015-ci ildə onlar ukraynalı Aleksandr Kostenkoya işgəncə veriblər.

Bundan əlavə, məhkəmə və hüquq-mühafizə sistemində iştirak edən 10 iranlı məmur Britaniya sanksiyalarına məruz qalıb. Onların arasında 6 nəfər etirazçıların təqib edilməsinə və hökmün çıxarılmasına, o cümlədən ölüm hökmünə görə məsuliyyət daşıyır.

Sanksiyalara aktivlərin dondurulması və ölkəyə giriş qadağaları daxildir.

Mənbə: RBK-Ukraina


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
613 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...