Yeni Zelandiyada siqaret tamamilə qadağan ediləcək

Yeni Zelandiyada siqaret tamamilə qadağan ediləcək
Yeni Zelandiya gələn ildən tütün məmulatlarına tamamilə qadağa tətbiq edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.

Qeyd olunub ki, ölkə parlamentinin qəbul etdiyi qanuna əsasən 2008-ci ildən sonra doğulan hər kəs heç vaxt siqaret və ya tütün məmulatı ala bilməyəcək.

Bu o deməkdir ki, tütün ala bilənlərin sayı ildən-ilə azalacaq. Məsələn, 2050-ci ilə qədər 40 yaşlı insanlar siqaret almaq üçün çox gənc olacaqlar.

Qanun layihəsini təqdim edən səhiyyə naziri Ayeşa Verrol bunun siqaretsiz gələcəyə doğru bir addım olduğunu bildirib:

“Minlərlə insan daha uzun və sağlam ömür sürəcək, səhiyyə sistemi siqaretin səbəb olduğu xəstəliklərin müalicəsi ehtiyacını aradan qaldıraraq 3,2 milyard ABŞ dolları qazanacaq”.

Noyabr ayında açıqlanan hökumət statistikasına görə, Yeni Zelandiyada siqaret çəkmə nisbətləri artıq tarixi minimuma enib, keçən il 9,4% ilə müqayisədə böyüklərin cəmi 8%-i gündəlik siqaret çəkir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...