Polşa 15-65 yaş arası vətəndaşları orduya çağırır: Varşavada nə baş verir?

Polşa 15-65 yaş arası vətəndaşları orduya çağırır:
Polşa 15-65 yaş arası könüllüləri döyüş hazırlığının əsaslarını öyrənmək üçün ordu sıralarına cəlb edir.

GUNDEMİNFO.AZ “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Polşanın baş nazirinin müavini və müdafiə naziri Mariuş Blaşçak bildirib. “Biz qərara gəldik ki, belə təlimlərdə tələbələr də iştirak edə bilərlər. 15 yaşdan 65 yaşa qədər hər kəsi dəvət edirik. Yetkinlik yaşına çatmayanlar üçün valideynlərin razılığı tələb olunur”, – baş nazirin müavini deyib.

Bildirilib ki, onlara silahlarla necə davranmaq, tibbi yardımın əsasları və böhran vəziyyətlərində hərəkət etmək bacarıqları öyrədiləcək.

Qeyd edək ki, yaxın vaxtlarda Polşa ABŞ-dan “Patriot” zenit-raket kompleksləri alacaq. Polşa və Almaniya bu komplekslərin Ukraynaya göndərilməsini müzakirə ediblər.
konkret.az


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...