Türkiyədə Prezident seçkilərinin tarixi dəyişdirilə bilər

Türkiyədə Prezident seçkilərinin tarixi dəyişdirilə bilər

Türkiyədə Prezident seçkilərinin tarixi dəyişdirilə bilər.

“Report”un xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Partiya) qərargahında partiyanın rayon təşkilatlarının genişləndirlimiş iclasında bildirib.

Ərdoğan deyib ki, seçkilərin vaxtının bir qədər irəli çəkilməsi ehtimalı var.

Qeyd edək ki, AK Partiya ilə Millətçi Hərəkat Partiyası (MHP) arasında mövcud olan “Cümhur ittifaqı”nın liderləri Rəcəb Tayyib Ərdoğanla MHP sədri Dövlət Baxçalı arasında keçən il dekabrın 30-da keçirilmiş görüşdə Prezident seçkiləri tarixinin 9 və ya 30 aprel, həmçinin 14 mayda keçirilməsinin mümkün ola biləcəyi müzakirə edilmişdi.
Hələ keçən ilin avqustunda isə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ Türkiyədə Prezident seçkilərinin 2023-cü il iyunun 18-də keçiriləcəyini açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...