Putinin atəşkəslə bağlı göstərişinə Zelenskidən cavab

Putinin atəşkəslə bağlı göstərişinə Zelenskidən cavab

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin atəşkəslə bağlı bəyanatına reaksiya verib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə ötən axşam yaydığı videomüraciətdə danışıb.

O bildirib ki, Rusiya Milad bayramı adı altında öz texnika və əsgərlərini Ukrayna mövqelərinə yaxınlaşdırmaq istəyir.
“Rusiya Ukraynaya və bütün Avropaya qarşı yeni təcavüz dalğasına hazırlığını susqunluqla gizlədə bilməyəcək. Kreml sahibləri cəbhədəki uğursuzluqları fonunda çıxılmaz vəziyyətdədirlər və müxtəlif manipulyasiyalara hazırlaşırlar”.
Zelenski xatırladıb ki, noyabrda Ukrayna sülh düsturunu təqdim edib və bunun bəndlərindən biri Rusiya qoşunlarının Ukrayna ərazilərindən çıxarılmasıdır. Ukrayna prezidenti qeyd edib ki, bu, atəşkəsi dayandırmağın zəmanətli və etibarlı yoludur:
“İndi onlar Donbassda bizim oğlanların irəliləyişini bir müddət dayandırmaq, texnika, sursat və səfərbər edilmiş qoşunları mövqelərimizə yaxınlaşdırmaq üçün Miladdan pərdə kimi istifadə etmək istəyirlər. Bu yalnız itkilərin sayında növbəti artım deməkdir. Kremlin müharibəni yeni güclə davam etdirmək üçün müharibədə sükunətdən necə istifadə etdiyini hamı bilir”.
Zelenski həmçinin vurğulayıb ki, rus əsgərləri Ukraynanı tərk etdikdə və ya oradan qovulanda müharibə bitəcək.
Qeyd edək ki, yanvarın 5-də V. Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-sı saat 12:00-dan 24:00-dək Ukraynada "bütün döyüş xətti boyunca" atəşkəs rejiminin tətbiq edilməsini tapşırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
582 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...