Boris Conson Ukraynaya səfər etməyi planlaşdırır

Boris Conson Ukraynaya səfər etməyi planlaşdırır
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson yaxın vaxtlarda Kiyevə səfər etməyi planlaşdırır.

“Report” Britaniyanın “The Guardian” nəşrinə istinadən xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətindədir.

Ukrayna mənbələri də B.Consonun Kiyevə gələcəyi barədə məlumat yayıb. Amma rəsmi qurumlar hələ ki, səfərlə bağlı xəbərləri təsdiqləməyiblər.

B.Conson Baş nazir işlədiyi dövrdə V.Zelenskini tam dəstəklədiyini bəyan edib və müttəfiqləri Kiyevə dəstək verməyə çağırıb.

Qeyd edək ki, əgər səfər baş tutarsa, bu, B.Consonun Kiyevə dördüncü gəlişi olacaq. O, sonuncu dəfə ötən ilin avqust ayında Ukraynada olub.

Xatırladaq ki, B.Conson 2019-cu il iyulun 24-dən 2022-ci il sentyabrın 6-dək Böyük Britaniyanın Baş naziri işləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
505 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...