Rusiyadan Gürcüstana pul köçürmələri beş dəfə artıb

Rusiyadan Gürcüstana pul köçürmələri beş dəfə artıb
2022-ci ildə Rusiyadan Gürcüstana pul köçürmələrinin həcmi 2 milyard dollardan çox olub ki, bu da 2021-ci illə müqayisədə 5 dəfədən çoxdur.

Bu barədə Gürcüstan Milli Bankının bazar ertəsi dərc olunmuş məlumatında bildirilib.

Məlumata görə, Gürcüstana pul köçürmələrinin həcminə görə Rusiya birinci yerdədir. İkinci yerdə isə İtaliya qərarlaşıb. Son bir ildə Gürcüstan bu ölkədən 431,6 milyon dollar əldə edib ki, bu da 2021-ci illə müqayisədə 12% çoxdur. ABŞ 326,3 milyon dollar və 15%-lik artımla üçüncü yerdədir.

Ümumilikdə, ötən il bütün dünyadan Gürcüstana 4,3 milyard dollardan çox vəsait köçürülüb ki, bu da 2021-ci illə müqayisədə 86% çoxdur.

Mənbə: TASS



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
505 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...