Ələt-Astara yoluna uzanan piyadanın üstündən avtomobil keçdi

Ələt-Astara yoluna uzanan piyadanın üstündən avtomobil keçdi
Salyan rayonunda magistral yolun üzərində uzanan şəxsi avtomobil vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Novruzov Yaşar Ramiz oğlu yola çıxaraq avtomobillərin hərəkat zolağında yerə uzanıb.

Həmin vaxt naməlum avtomobil Y.Novruzovun üzərindən keçərək onu öldürüb.

Hadisə baş verən zaman Y.Novruzovun sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
579 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...