ABŞ Ukraynaya “Bradley” piyada döyüş maşınının ilk partiyasını göndərdi

ABŞ Ukraynaya “Bradley” piyada döyüş maşınının ilk partiyasını göndərdi

ABŞ Nəqliyyat Komandanlığı bildirib ki, ABŞ Ukraynaya 60 ədəd "Bradley” piyada döyüş maşını göndərib. Qaynarinfo bu barədə xarici mətbuata istinadla xəbər verir.

Departamentin məlumatına görə, ötən həftə Cənubi Karolina ştatının Çarlston limanını tərk edən zirehli texnikanın daşınması üçün Norveç-İsveç şirkətinin Wallenius Wilhelmsen gəmisi icarəyə götürülüb.

ABŞ Nəqliyyat Komandanlığı bu ilin əvvəlində elan edilmiş 2,85 milyard dollarlıq hərbi yardım sazişinin bir hissəsi olaraq "Bradley” IFV-lərin ilk partiyasını Ukraynaya nəql edib.

Amerikalılar "Bradley”dən başqa, "Kyiv Stryker” zirehli transportyorları və "Abrams” tankları da vəd ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
542 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...