Rusiya gəmiləri 30 ildə ilk dəfə dənizə nüvə silahı ilə çıxıb

Rusiya gəmiləri 30 ildə ilk dəfə dənizə nüvə silahı ilə çıxıb
Norveç Kəşfiyyat Xidməti (NIS) illik hesabatında Rusiyanın Şimal Donanmasının gəmilərinin göyərtəsində taktiki nüvə silahı ilə 30 ildə ilk dəfə dənizə çıxdığını açıqlayıb.

APA-nın “news.ru”ya istinadən verdiyi xəbərə görə, xidmət qeyd edib ki, sovet dövründə bu, mütəmadi olaraq baş versə də, “soyuq müharibə” başa çatdıqdan sonra bu təcrübəyə son qoyulub.

NİS bildirir ki, nüvə silahları NATO ölkələrinin iştirak edə biləcəyi əməliyyatlar zamanı xüsusilə ciddi təhlükə yaradır.

Norveç kəşfiyyatının məlumatına görə, nüvə potensialının mərkəzi hissəsi Şimal Donanmasının sualtı qayıqlarında və yerüstü gəmilərdə yerləşir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
471 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...