Türkiyədə 261 saat sonra 2 nəfər dağıntılar altından sağ çıxarılıb

Türkiyədə 261 saat sonra 2 nəfər dağıntılar altından sağ çıxarılıb
Türkiyədəki zəlzələdə dağıntılar altından 261 saat sonra daha iki nəfər sağ çıxarılıb.

APA xəbər verir ki, bu barədə yerli media məlumaat yayıb. Qeyd olunub ki, Hatay şəhərinin Antakya rayonunun Odabaşı məhəlləsində təbii fəlakətdən 261 saat sonra 26 yaşlı Mehmet Ali Şakiroğlu və 33 yaşlı Mustafa Avcı dağıtılar altından sağ çıxarılıblar.

Hadisə ilə bağlı Türkiyənin səhiyyə naziri “Twitter”də bildirib ki, həmin şəxslər Hatay Səhra Xəstəxanasına aparılıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...