KİV: “Netanyahu yaxın vaxtda Kiyevə səfər edə bilər”

KİV: “Netanyahu yaxın vaxtda Kiyevə səfər edə bilər”
İsrailin Baş naziri Binyamin Netanyahu yaxın vaxtda Ukraynanın paytaxtı Kiyevə səfər edə bilər.

“Report” xəbər verir ki, bu barədə “Israel Hayom” qəzeti mənbələrə istinadən yazıb.

Bildirilib ki, bu məsələ hazırda İsrail Nazirlər Kabinetində müzakirə olunur. Nəşr vurğulayıb ki, səfərin baş tutacağı təqdirdə onu Ukrayna Prezidenti Volodimir Zelenski qəbul edəcək.

Qəzetin Ukraynadakı mənbələrdən əldə etdiyi məlumata görə, Ukraynanı ziyarət etmək dəvəti israilli siyasətçiyə ötürülüb, lakin mümkün səfərin müddəti hələlik razılaşdırılmayıb.

Xatırladaq ki, fevralın 20-də ABŞ Prezidenti Cozef Bayden gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...