Baş katib: “İslamofobiya ilə mübarizə üçün BMT və AP-də sənədlərin qəbul olunmasına nail olmalıyıq”

Baş katib: “İslamofobiya ilə mübarizə üçün BMT və AP-də sənədlərin qəbul olunmasına nail olmalıyıq”

“İslamofobiya ilə mübarizənin effektivliyi üçün BMT və Avropa Parlamentində qanunların, sənədlərin qəbul edilməsinə nail olmalıyıq”.

“Report”un xəbərinə görə, bunu Dünya Müsəlman İcmaları Şurasının baş katibi Məhəmməd Beçəri Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Qurum rəsmisinin sözlərinə görə, Qərbdəki KİV İslam və müsəlmanlar haqqında stereotiplərin yaranmasına və dolayısı ilə İslama qarşı nifrətin yaranmasına səbəb olublar:
“Birgəyaşayış dəyərlərinin möhkəmləndirilməsi, dinlərə nifrətin və ümumiyyətlə, nifrətə təşviqin qarşısının alınması üçün Qərb ölkələrinin qanunvericiliklərində müəyyən dəyişikliklər edilməlidir. Biz lobbilərimiz vasitəsilə buna nail olmağa çalışmalı və islamofobiya problemi ilə birgə mübarizə aparmalıyıq. Belə olanda bu məsələdə hansısa müsbət irəliləyişə nail ola bilərik”.

“İstər BMT, istər Avropa Parlamentində sözügedən problemlə əlaqədar qanun layihəsinin qəbul olunmasına nail olmadıqca, islamofobiya ilə mübarizəmiz kifayət qədər effektiv olmayacaq”, - deyə M.Beçəri vurğulayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
907 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...