AEBA-nın Baş direktoru gələn həftə Zaparojye AES-inə baş çəkəcək

AEBA-nın Baş direktoru gələn həftə Zaparojye AES-inə baş çəkəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi gələn həftə Ukraynanın Zaparojye Atom Elektrik Stansiyasına (AES) baş çəkəcək.

Bu barədə “Report” AEBA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Qrossi səfəri zamanı ərazidə nüvə təhlükəsizliyinin vəziyyətini qiymətləndirəcək. Qeyd olunub ki, müharibə zamanı AES-in qorunması vacibdir.

“Mən Zaparojye Atom Elektrik Stansiyasına getmək qərarına gəldim ki, sentyabr ayından bəri vəziyyətin necə inkişaf etdiyini özüm görüm və bu çox çətin şəraitdə stansiyanı işlədənlərlə söhbət edim. Mən Ukraynadakı faciəvi müharibə zamanı nüvə qəzası riskini azaltmaq üçün əlimdən gələni etməyə davam etməkdə qərarlıyam”- deyə, Rafael Qrossi bəyan edib.

Onun sözlərinə görə, AEBA ekspertlərinin 7 aydır stansiyada olmasına baxmayaraq, orada vəziyyət son dərəcə qeyri-sabit olaraq qalır və nüvə təhlükəsizliyinə təhdidlər son dərəcə açıqdır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
757 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...