Kremldən Ermənistana xəbərdarlıq: "Bu qəbuledilməzdir"

Kremldən Ermənistana xəbərdarlıq:

"İrəvanın Moskvadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulmaq planları qətiyyən qəbuledilməzdir".
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, reaksiya BCM-nin Rusiya liderlərinin həbsinə order vermək qərarı ilə bağlıdır.
"Moskva BCM-nin Rusiya rəhbərliyinə qarşı irəli sürülən qərar fonunda rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir", - agentliyin mənbəsi bildirib.
O, həmçinin qeyd edib ki, Kreml Ermənistanın ikitərəfli münasibətlər üçün mümkün addımlarının "son dərəcə mənfi" nəticələri barədə artıq İrəvana xəbərdarlıq edib.
Ermənistan tərəfinin reaksiyası barədə məlumat verilmir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...