NATO Baş katibi Çinə xəbərdarlıq edib

NATO Baş katibi Çinə xəbərdarlıq edib
“Çin Ukraynaya qarşı müharibədə kömək üçün Rusiyaya silah tədarükünə başlasa, böyük səhv edəcək”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

Onun sözlərinə görə, NATO xarici işlər nazirlərinin növbəti görüşündə Rusiya və Çin arasında artan yaxınlaşmanın müzakirəsi planlaşdırılır: “Rusiya və Çinin beynəlxalq nizama və demokratik dəyərlərə meydan oxuduğu bir vaxtda həmrəy olmağımız vacibdir”.

Xatırladaq ki, daha əvvəl Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Çinin Rusiyaya silah ötürməyəcəyinə dair vəd verdiyini bildirmişdi.

Qeyd edək ki, hazırda Belçikanın paytaxtı Brüssel şəhərində Ukrayna-NATO komissiyasının iclası keçirilir. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba müzakirələrdə iştirak edir.

Aprelin 4-5-də isə Brüsseldə NATO XİN başçılarının toplantısı olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
605 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...