Nazir: “Türkiyə bütün sahələrdə mərkəzi rol oynayır”
“Türkiyə bütün sahələrdə mərkəzi rol oynayır”.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin maliyyə və xəzinə naziri Nureddin Nebati deyib.
Onun sözlərinə görə, son bir ay ərzində Türkiyədə mühüm hadisələr baş verib: "Bununla yanaşı, “Akkuyu” Atom Elektrik Stansiyasına (AES) nüvə yanacağının çatdırılması mərasimi baş tutacaq. AES İstanbulun 90 faizini enerji ilə təmin edə biləcək gücdədir. O, 60 il fəaliyyət göstərəcək. Rusiya ilə birgə inşa etdiyimiz binada əsas işləri türklərin həyata keçirməsi bizə qürur verir. Biz Qara dənizdə təbii qaz axtaranda deyirdilər ki, bunu niyə edirsiniz? Ümumiyyətlə, bizim təbii qaz istehsal edəcəyimizə şübhə ilə yanaşırdılar. Halbuki indi mövcud enerjinin 70 faizi idxal edilir. Bundan başqa, yerli istehsal olan “Togg” avtomobili ilə vətəndaşlarımızın intizarı sona çatdı”.
Nazir bildirib ki, Türkiyənin uğurları təkcə təbii qaz və avtomobil istehsalı ilə bitmir: “Bu ay həmçinin İMECE peykini kosmosa göndərdik və lazımi şəkildə fəaliyyət göstərəcək”.
574 dəfə oxundu