Ermənistan parlamentinin sədri Türkiyəyə gedir

Ermənistan parlamentinin sədri Türkiyəyə gedir
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak etmək üçün Türkiyəyə yola düşəcək Ermənistan nümayəndə heyətinə parlamentin spikeri Alen Simonyan rəhbərlik edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidmətindən bildirilib.
Ermənistan nümayəndə heyəti Parlament Assambleyasının iclasında, Simonyan isə parlament sədrlərinin sammitində iştirak edəcək.
Məlumatda deyilir ki, nümayəndə heyəti sabah Ankaraya yola düşəcək.
Parlament Assambleyasının iclası 4-5 may tarixlərində baş tutacaq.
Simonyan Parlament Assambleyasının yaradılmasının 30 illiyinə həsr olunmuş parlament spikerlərinin sammitində iştirak edəcək.
Xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Baş Assambleyasının iclası sonuncu dəfə ötən ilin dekabrında Belqradda keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
536 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...