Ermənistanda əsir saxlanılan Aqşinə 11 il yarım həbs verildi

Ermənistanda əsir saxlanılan Aqşinə 11 il yarım həbs verildi
Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərlərdən biri Aqşin Bəbirov barəsində hökm çıxarılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş Prokurorluğu yayıb.

Məlumata görə, A.Bəbirov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bəbirov “ölkə sərhədini qanunsuz keçməkdə, sərhəddən silah-sursat keçirməkdə” ittiham olunub.
Bildirilib ki, Ermənistanda əsir saxlanılan digər azərbaycanlı hərbçi Hüseyn Axundov barəsində istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Daha sonra azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanılıb. O, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
556 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...