Ermənistanda aksiya polislə toqquşmaya çevrilib

Ermənistanda aksiya polislə toqquşmaya çevrilib
Ermənistan polisi ölkənin Xarici İşlər Nazirliyinin qarşısında aksiya keçirən etirazçıları saxlamağa başlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə ölkədə fəaliyyət göstərən KİV-lər məlumat yayıblar.

Bildirilir ki, həmçinin nümayişçilərlə polis arasında toqquşma başlayıb.

“Vətən naminə Tavuş” etiraz hərəkatının üzvləri bundan əvvəl nazir Ararat Mirzoyanla görüş tələb ediblər. Xarici İşlər Nazirliyindən isə cavab verilib ki, hazırda onları qəbul edə bilmir və görüş üçün aşağı düşə bilmirlər.

“Telegram” kanalları yazır ki, Keşiş Baqrat Qalstanyan tərəfdarlarına Xarici İşlər Nazirliyinin binasına hücum etmək göstərişi verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
527 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...