Türkiyədə türmə rəisi öldürüldü

Türkiyədə türmə rəisi öldürüldü

Türkiyədə həbsxana rəisi öldürülüb.

Musavat.com-un məlumatına görə, ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəisi İsmət Aktürk maşınının içində silahlı hücuma məruz qalıb. Hadisə İzmit rayonunun Yeşilova səmtində meydana gəlib. İ. Aktürk maşınla yol gerərkən 34 KGZ 76 nömrə nişanlı avtomobil yaxınlaşıb və həmin maşından rəisin avtomobilinə ard-arda atəş açılıb. Güllələrdən 3-ü İ. Aktürkə dəyib. Avtomobilin sürücüsü tərəfindən dərhal xəstəxanaya çatdırılan həbsxana rəisini xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1345 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...