ABŞ-da 37 yaşlı erməni güllələndi - VİDEO

ABŞ-da 37 yaşlı erməni güllələndi -


Los-Ancelesdə evinin qapısını açmaq istəyən erməni öldürülüb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə baş verən zaman 37 yaşlı Ovik Krobyan həyat yoldaşı və 9 yaşlı qızı ilə evdə pizza gətirilməsini gözləyirmiş. Polisdən verilən məlumata görə, Krobyan pizza gətirilməsini gözlədiyi üçün gecə yarısı döyülən qapını açıb. Qapını açan kimi ona bir neçə istiqamətdən atəş açılıb.

Erməninin həyat yoldaşı və qızı hadsə nəticəsində xəsarət almayıb. İstintaq idarəsinin nümayəndəsi Ed Uinter bəyan edib ki, onlar Krobyan ailəsinin qonşularını sorğu-sual ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edir ki, insident qanqster mübahisəsi zəminində baş verib. Krobyan ona atəş açanları tanıyıb.

Pizza çatdırma xidməti insidentdən bir neçə dəqiqə sonra hadisə yerən gəlib. Faktla bağlı araşdırmalar davam edir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
760 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...