Üç cəbhədə savaşırıq - Ərdoğan

Üç cəbhədə savaşırıq -


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən əvvəl önəmli açıqlamalar verib. Axar.az xəbər verir ki, prezident 20-26 sentyabr tarixlərində Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının 71-ci sammitində hansı məsələlərdən danışacağı haqda məlumat verib. O, sammitdə FETÖ ilə bağlı çıxış edəcəyini də bildirib:

“Orada Suriya, miqrant məsələsi, 15 iyulda baş vermiş hərbi çevrilişə cəhdlə bağlı danışacağam. Suriyadakı savaş təkcə bu ölkənin deyil, bütün dünyanın problemidir. Artıq insanlar bu məsələyə laqeyd yanaşmamalıdır. Sammitdə bir daha təhlükəsiz, terrordan təmizlənmiş bölgə tələbini dilə gətirəcəyəm. Bundan sonra dünyanın heç bir ölkəsi FETÖ və terrorçuları üçün sığınacaq olmayacaq! FETÖ-nun necə təhlükəli bir qruplaşma olduğunu dostlarımıza izah edəcəyəm.

Bundan başqa, Suriyadakı savaşda Türkiyənin ağır yükün altına girdiyini də deyəcəyəm. Biz bir tərəfdən 15 iyul xəyanətinin yaralarını sağaldır, digər tərəfdən də “Fərat qalxanı” əməliyyatı ilə terror təşkilatlarına qarşı mübarizə aparırıq. Eyni zamanda da ölkə daxilində FETÖ, İŞİD və PKK kimi cinayətkar şəbəkələrlə savaşırıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
744 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...