Prezident Atambayev hələ də xəstəxanadadır

Prezident Atambayev hələ də xəstəxanadadır


Qırğızıstan prezidenti Almazbek Atambayevin vəziyyəti normaldır, lakin o, hələ də Türkiyədədir. AzVision.az “RİA novosti”yə istinadən xəbər verir ki, bi barədə prezidentin mətbuat xidməti məlumat yayıb. “Prezidentin vəziyyəti normaldır”, - deyə mətbuat xidmətindən bildirilib. Əlavə məlumat verilməyib. Qeyd edək ki, ötən gün Qırğızıstan prezidenti Almazbek Atambayev səhhətinin pisləşməsindən sonra tibbi müayinələrdən keçmək üçün məzuniyyət götürüb.

Xatırladaq ki, sentyabrın 19-u Qırğızıstan prezidenti Almazbek Atambayev ürəyində yaranan problem səbəbindən BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etməyəcəyi məlum olub.

"Bişkekdən Nyu-Yorka gedən yolda, Qırğız Respublikası nümayəndə heyətinin yerdəyişmə etməyi planlaşdırdığı Atatürk hava limanında, prezident Almazbek Atambayev özünü pis hiss edib, bununla əlaqədar o ilkin tibbi müayinədən keçirilib", - deyə sayta yerləşdirilən məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, həkimlər müayinədən sonra sinəsində ağrıların olmasından şikayətlənən Atambayevin təcili dərin tibbi müayinədən keçməli olması barədə qərar qəbul ediblər: "Həkimlərin ilkin qərarına görə, dövlət başçısında ürək problemi ilə bağlı əlamətlər aşkar olunub".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...