ABŞ: “Hazırda qazanan tərəf Əsəddir”

ABŞ: “Hazırda qazanan tərəf Əsəddir”


ABŞ Müdafiə naziri Eşton Karter PKK/PYD qüvvələrinə hərbi yardımın davam etdiriləcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, Baş Qərargah rəisi Cozef Dunfordla senatorların suallarını cavablandıran nazir kürdlərlə əməkdaşlığı dəstəklədiyini deyib:

“Daha öncə kürdlərə silah vermişdik. Onlar Demokratik Qüvvələrin bir parçasıdır. Suriyalı kürdlərlə əməkdaşlığı dəstəkləyirəm”.

Digər tərəfdən Karter İŞİD-in İraqda kimyəvi silah istehsal etdiyini bildirib. Onun sözlərinə görə, bölgədəki ABŞ qüvvələri terrorçuların bu istiqamətlə fəaliyyətini dayandırmağa çalışır.

Baş Qərargah rəisi Cozef Dunford isə Əsədin daha da gücləndiyini etiraf edib: “Hazırda qazanan tərəf Əsəddir. Bir il əvvəl ilə müqayisədə indi daha güclüdür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
717 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...