Tramp öz reklamına 140 milyon xərcləyəcək

 Tramp öz reklamına 140 milyon xərcləyəcək


ABŞ prezidenti postuna Respublika Partiyasından namizəd Donald Tramp seçki gününədək KİV-də təşviqat kampaniyasına 140 milyon dollar xərcləmək fikrindədir.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, vəsaitin 100 milyon dolları televiziya reklamına, 40 milyon dolları isə elektron KİV-nə xərclənəcək. Qeyd edək ki, Demokrat Hillari Klintonun reklam xərcləri hələ avqust ayında 300 milyon dolları ötmüşdü. Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-nə təyin olunub. Tramp və Klinton növbəti həftə ilk teledebatlar keçirəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
705 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...