Rusiyada erməni təxribatının qarşısı alındı
Rusiyanın Sankt-Peterburq şəhərində ermənilərin Azərbaycana qarşı növbəti təxribatının qarşısı alınıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sentyabrın 26-da numizmatikaya həsr olunan konfransda erməni nümayəndə Gəncə, Qarabağ və İrəvan torpaqlarını qədim erməni ərazisi kimi təqdim etmək istəyib. Konfransda iştirak edən azərbaycanlıların müdaxiləsindən sonra təxribat cəhdinin qarşısı alınıb.
“Rəsmi Bakı öz imkanlarından istifadə edərək bunun qarşısını aldı. Bu, ilk hal deyil. Belə hallar çox olub”, - deyə Qafqazşünaslıq Elmi Cəmiyyətinin prezidenti Aleksandr Krılov “rusarminfo”-ya bildirib. O, çıxışında Ermənistanın Rusiyadakı səfirliyinin fəaliyyətsizliyindən şikayətlənib. “Ermənistanın Rusiyadakı səfirliyi aktiv fəaliyyət göstərmir. Səfirlik Azərbaycanın təşəbbüslərinə qarşı heç bir addım atmır. Erməni diplomatiyası belə hallarının qarşısının alınması üçün aktivləşmə planında öz işini yenidən nəzərdən keçirməlidir”,-deyə Aleksandr Krılov vurğulayıb.
727 dəfə oxundu